Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Elmi seminarın növbəti iclası keçirildi


AMEA Riyaziyyat və Mexanika İnstitutunda ED 1.04 dissertasiya şurasının nəzdindəki elmi seminarda  22 sentyabr 2021-ci il tarixində saat 1300 -da Bakı Dövlət Universitetinin qiyabi doktorantı Miqdad İmdad oğlu İsmayılovun “Bixətti inikasların doğurduğu freym sistemlərinin  bəzi məsələləri və onların tətbiqləri” mövzusunda  1202.01 – Analiz və funksional analiz ixtisasında riyaziyyat üzrə elmlər doktoru dissertasiya işinin müzakirəsi keçirilmişdir.

İclası “Analiz və funksional analiz” ixtisası üzrə seminarın rəhbəri AMEA-nın müxbir üzvü, professor Bilal Bilalov açaraq sözu sədr əvəzi seminarı aparmaq üçün “Riyazi analiz” şöbəsinin baş elmi işçisi r.e.d. Elman İbrahimova verdi. Seminarın sədri sözu Miqdad İsmayılova vermişdir. Miqdad İsmayılov dissertasiyanın əhatə etdiyi mözular haqqında məlumat verdikdən sonra  “Funksiyalar nəzəriyyəsi” şöbəsinin əməkdaşı f.-r.e.d.,, professor Alik Nəcəfov, “Funksional analiz” şöbəsinin  əməkdaşı  f.-r.e.d., professor İbrahim Nəbiyev, “Riyazi analiz” şöbəsinin əməkdaşı  r.e.d., dosent Mübariz Hacıbəyov iş haqqında verdikləri  öz müsbət rəylərini bildirdilər. Cıxış üçün söz alan iddiaçının elmi məsləhətçisi AMEA-nın müxbir üzvü, professor Bilal Bilalov, r.e.d. Telman Qasımov, f.-r.e.d., prof. Rəhim Rzayev iş haqqında öz müsbət fikirlərini bildirdilər iddiaçıya uğurlar arzulamışlar. Sonda gizli keçirilən səsvermənin nəticəsi müsbət olmuşdur.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər