Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Elmi seminarın növbəti iclası keçirildi


AMEA Riyaziyyat və Mexanika İnstitutu nəzdində elmlər doktoru və fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim olunan dissertasiyaların müdafiəsini keçirən ED 1.04 dissertasiya şurasının 24 sentyabr 2021-ci il tarixli iclasında saat 1400da Azad Məmməd oğlu Bayramovun Şturm-Liuvill tipli operatorların məxsusi  ədədlərinin asimptotikası və izlərinin tədqiqi mövzusunda 1211.01-Diferensial tənliklər ixtisasında riyaziyyat üzrə elmlər doktoru dissertasiya işinin müdafiəsi keçirildi.

Elmi məsləhətçi:

  • prof. Vəli Qurbanov ADPU.

Rəsmi opponentlər:

  • prof.     Nigar Aslanova         AzMİU
  • prof.     Nihan Əliyev                     BDU
  • prof.    Tahir  Hacıyev                    AMEA RMİ
  • prof.    Mahir  Səbzəliyev               Bakı Biznes Univ.

cıxış edərək iş haqqında  müsbət rəylərini bildirdilər. Elmi şuranın üzvləri AMEA-nın həqiqi üzvu professor Yusif Məmmədov, r.e.d. professor Bəhram Əliyev, f.r.e.d. professor Hidayət Hüseynov və başqaları çıxış edərək  iş haqqında öz müsbət fikirlərini bildirdilər. Sonda gizli keçirilən səsvermənin nəticəsi müsbət olmuşdur.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər