Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Böyük zəfərin başlandığı gün


Ölkəmizin şanlı tarixində silinməz izlər buraxan 27 sentyabr təqvimlərdə bu günü ədəbi olaraq müqəddəsləşdirdi. Bu tarix 28 ildir torpaqlarımızı işğal altında saxlayan Ermənistan Silahı Qüvvələrinin darmadağın edilməsi ilə şanlı qələbəmizin əsasını qoydu. Müzəffər Azərbaycan Ordusunun zəfər yürüşünə dözə bilməyən düşmən geri çəkilməyə məcbur olmuş, işğal etdiyi torpaqları böyük itkilər hesabına boşaltmışdır. Şanlı Azərbaycan əsgərləri azad edilən hər ərazidə üçrəngli bayrağımızı dalgalandırdılar.

Ölkəmizin ərazi bütövlüyü uğrunda mübarizədə böyük əzmkarlıq göstərən ordumuz, xalqımızın birlik və bərabərliyinə arxalanaraq, düşmənə sarsıdıcı zərbələr endirmişdir. 44 gün davam edən Vətən Müharibəsi xalqımızın əzmini, rəşadətini, milli birliyini və iradəsini tək ideyada birləşdirdi və onu Zəfərlə sonuçlandırdı.

Beləliklə, 44 günlük Vətən müharibəsini şanlı qələbə ilə bitirən ölkəmiz ərazi bütövlüyünü təmn etdi. Başda mədəniyyət paytaxtımız olan Şuşa şəhəri olmaqla, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan, Kəlbəcər, Laçın, Ağdam rayonları düşmən işğalından təmizləndi.

Son iki əsrdə ilk dəfə olaraq Azərbaycan savaşdan məğlubiyyətlə deyil, ərazilərimizin bütünlüyü ilə məğrur şəkildə çıxdı. Müzəffər ordumuzun tarixi zəfəri, dövlət-xalq birliyinin təməllərini özündə ehtiva etdi. Müharibə zamanı dünya ictimaiyyəti Azərbaycan xalqının əzmini, döyüş ruhunu aydın şəkildə gördü, vətənpərvərlik hissinin nə dərəcə yüksək olduğunu idrak etdi.

Ali Baş Komandan, Prezident İlham Əliyevin bilavasitə uzaqgörən siyasəti nəticəsində 44 gündə başa çatan Vətən müharibəsi Azərbaycan ordusunun istər kəmiyyət, keyfiyyət, istərsə də hərbi resurslar baxımından düşməndən qat qat güçlü olduğunu bir daha sübut etdi. Hərbi peşəkarlıq və güçlü siyasi iradəyə malik olan dövlətimizin müharibə dövründəki şücaəti dünyanın aparıcı telekanalları ilə yanaşı, hərbi mütəxəssislərin də diqqətini cəlb etdi. Döyüşlərdəki hərbi-strateji taktikanın dünya hərb tarixinə qızıl hərflərlə yazılacaq qədər mükəmməlliyi dövlətmizin ordu quruculuğu sahəsinə nə dərəcədə önəm verdiyinin bariz örnəyinə çevrildi.

Xalqımızın  müzəffər ordumuza inamı və dəstəyi, həmçinin ölkəmizdə yaşanan milli və siyasi həmrəylik yaşadığımız qələbə sevincinin ideoloji əsasını təşkil etdi. Sözsüz ki,  tarixi qələbənin böyük əhəmiyyəti və əvəzolunmaz yeri qədirbilən xalqımız tərəfindən həmişə yüksək qiymətləndiriləcək, tarixdə əbədi qalacaq və heç vaxt unudulmayacaqdır. Vətən naminə canlarından keçən şəhidlərimizin əziz xatirəsi  qəlbimizdə daim yaşayacaq. Onların hər biri əsl qəhrəman, gələcək nəsillərə rəşadət və qorxmazlıq nümunəsidir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər