Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Elmi seminarın növbəti iclası keçirildi


28 sentyabr 2021-ci il saat 1200-da AMEA Riyaziyyat və Mexanika İnstitutu nəzdində ED 1.04 Dissertasiya şurasının nəzdindəki elmlər və fəlsəfə doktoru dissertasiyalarının müzakirəsi üzrə Elmi seminarın növbəti iclası (qismən əyani eyni zamanda distant şəkildə) keçirildi. Sevinc Bakir qızı Quliyevanın “Ox üzrə və izləmə qüvvələrinin təsiri altında olan milin eninə rəqslərinə uyğun diferensial tənliyin məxsusi funksiyalarının xassələri” mövzusunda 1211.01-Diferensial tənliklər ixtisasında riyaziyyat üzrə fəlsəfə doktoru dissertasiya işinin müdafiəsi üçün növbəti mərhələyə buraxılması  müzakirə olundu və müsbət rəylə növbəti mərhələyə buraxıldı.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər