Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunda yeni tədris ili başlanmışdır


Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 10 sentyabr 2021-ci il tarixli 259 №-li Qərarına əsasən 29 sentyabr 2021-ci il tarixində Azərbaycan Milli Elmlər Akademiyasının Riyaziyyat və Mexanika İnstitutunda magistratura pilləsi üzrə təhsil alan I və II kurs magistrantların 2021/2022-ci tədris ilinin payız semestri üzrə əyani formada ilk dərsləri keçirilmişdir.

Hal-hazırda İnstitutun magistraturasında  “Riyazi analiz ” , “ Diferensial tənliklər” “Optimallaşdırma və optimal idarəetmə”, “Maye, qaz və plazma mexanikası”  və “Deformasiya olunan bərk cism mexanikası ”  ixtisasları üzrə I kursda 9 magistrant, II kursda 6 magistrant təhsil alır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər