Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Dissertasiya şurasının növbəti iclası keçirildi


30 sentyabr 2021-ci il tarixində saat 14:00-da AMEA Riyaziyyat və Mexanika İnstitutunun ED 1.04 dissertasiya şurasının növbəti iclası (qismən əyani,  eyni zamanda distant şəkildə) keçirildi. İclasda : AMEA Riyaziyyat və Mexanika İnstitutunun fəlsəfə doktoru hazırlığı üzrə dissertantı Səadət Bayram  qızı  Heydərovanın “Hilbert fəzasında üç tərtibli operator əmsallı tənliklər üçün sonlu oblastda bəzi sərhəd məsələlərinin həll olunması” mövzusunda 1202.01-Analiz və funksional analiz ixtisasında riyaziyyat üzrə  fəlsəfə doktoru dissertasiya işinin müdafiəsi keçirilmişdir.

Dissertasiya işi AMEA Riyaziyyat və Mexanika İnstitutunun “Funksional analiz” şöbəsində yerinə yetirilmişdir.

Elmi rəhbər: f.-r.e.d., professor Sabir Sultanağa oğlu Mirzəyev

Dissertasiya işi haqqında rəsmi opponentlər rəsmi opponentlər:  fizika-riyaziyyat elmləri doktoru, professor Həmdulla İsrafil oğlu Aslanov, riyaziyyat üzrə elmlər doktoru, dosent Telman Benser oğlu Qasımov, riyaziyyat üzrə elmləri doktoru, professor Nigar Məhər qızı Aslanova, eləcə də şura üzvləri öz müsbət fikirlərini söyləmişlər.

Pandemiya şərtlərinə uyğun keçirilən şurada iddiaçı Seadet Bayram qızı Heyderova dissertasiya işini müvəffəqiyyətlə müdafiə etmişdir.,

Sonda gizli keçirilən səsvermənin nəticəsi müsbət olmuşdur.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər