Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Dissertasiya şurasının növbəti iclası keçirildi


8 oktyabr 2021-ci il tarixində saat 14:00-da AMEA Riyaziyyat və Mexanika İnstitutunun ED 1.04 dissertasiya şurasının növbəti iclası (qismən əyani,  eyni zamanda distant şəkildə) keçirildi. İclasda Natəvan Əmrah qızı Mustafayevanın “Bəzi qeyri-xətti məxsusi qiymət məsələlərinin həllərinin   sonsuzluqdan qlobal bifurkasiyası”  mövzusunda 1202.01 – Analiz və funksional analiz  ixtisasında riyaziyyat üzrə fəlsəfə doktoru dissertasiya işinin müdafiəsi keçirilmişdir.

Dissertasiya işinin elmi rəhbəri fizika-riyaziyyat elmləri doktoru, professor Ziyadxan Seyfəddin oğlu Əliyev olmuşdur. Pandemiya  şərtlərinə uyğun keçirilən şurada iddiaçı Natəvan  Əmrah qızı Mustafayeva dissertasiya işini müvəffəqiyyətlə  müdafiə etmişdir. Dissertasiya işi haqqında rəsmi opponentlər fizika-riyaziyyat elmləri doktoru, professor Hidayət Məhəmməd oğlu Hüseynov, riyaziyyat üzrə elmlər doktoru, dosent  Telman Bensər oğlu Qasımov, fizika-riyaziyyat elmləri namizədi, dosent Elnur Həsən oğlu Xəlilov eləcə də şura üzvləri öz müsbət fikirlərini söyləmişlər.

Sonda gizli keçirilən səsvermənin nəticəsi müsbət olmuşdur.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər