Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Professor Vəli Məhərrəm oğlu Qurbanov “Kəsilən Dirak operatorunun kök funksiyalar sisteminin Riss bərabərsizliyini ödəməsi və bazisliyi” mövzusunda məruzə edib


Bu gün AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunda keçiriləcək Ümuminstitut seminarında “Funksional analiz” şöbəsinin baş elmi işçisi, prof. Vəli Məhərrəm oğlu Qurbanov “Kəsilən Dirak operatorunun kök funksiyalar sisteminin Riss bərabərsizliyini ödəməsi və bazisliyi” mövzusunda məruzə edib.

Məruzədə (0.2П) intervalında kəsilən Dirak operatoruna baxılır. Fərz olunur ki, potensial (0.2П) intervalında cəmlənən kompleksqiymətli matris funksiyadır. Bu operatorun doğurduğu kök funksiyalar sisteminin Riss bərabərsizliyini ödəməsi, şərtsiz bazis əmələ gətirməsi üçün meyarlar tapılır, bazislik teoremi isbat olunur.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər