Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Elmi şuranın növbəti iclası keçirildi


AMEA Riyaziyyat və Mexanika İnstitutu nəzdində elmlər doktoru və fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim olunan dissertasiyaların müdafiəsini keçirən ED 1.04 dissertasiya şurasının  29 oktyabr 2021-ci il tarixli iclasında saat 1400 -da Miqdad İmdad oğlu İsmayılovun “Bixətti inikasların doğurduğu freym sistemlərinin bəzi məsələləri və onların tətbiqləri” mövzusunda  1202.01 – Analiz və funksional analiz ixtisasında riyaziyyat üzrə elmlər doktoru dissertasiya işinin müdafiəsi keçirilmişdir.

İclası Elmi şuranın sədri AMEA Riyaziyyat və Mexanika İnstitutunun  direktoru, AMEA-nın müxbir üzvü, prof. Misir Mərdanov açaraq sözu Miqdad İsmayılova vermişdir. Miqdad İsmayılov dissertasiyanın əhatə etdiyi mözular və işdə alınmış əsas nəticələr haqqında məlumat verdikdən sonra  rəsmi opponentlər f-r.e.d., prof.  Nizaməddin İsgəndərov, f.-r.e.d., prof. Alik Nəcəfov, r.e.d., dos.    Telman Qasımov, r.e.d., dos.   Mübariz Hacıbəyov və dissertasiya işinin avtoreferatına rəyçilər f-r.e.d., prof. Həmidulla Aslanov, f-r.e.d., prof. Vəli Qurbanov, f-r.e.d., prof. Əli Əhmədov iş haqqında verdikləri  öz müsbət rəylərini bildirdilər. Cıxış üçün söz alan iddiaçının elmi məsləhətçisi AMEA-nın müxbir üzvü, professor Bilal Bilalov, f.-r.e.d., prof. Məmməd Bayramoğlu, r.e.d. Telman Qasımov, r.e.d., prof. Rövşən Bəndəliyev iş haqqında öz müsbət fikirlərini bildirərək iddiaçıya uğurlar arzulamışlar.

Sonda gizli keçirilən səsvermənin nəticəsi müsbət olmuşdur.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər