Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

“Elm” qəzetinin “Qarabağ Azərbaycandır!” şüarı ilə yeni sayı çap olunub


AMEA Rəyasət Heyətinin həftəlik mətbu orqanı olan “Elm” qəzetinin “Qarabağ Azərbaycandır!” şüarı ilə cari ildə 37-ci nömrəsi işıq üzü görüb.

Qəzetin ilk səhifəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın Füzuli Beynəlxalq Hava Limanının açılış mərasimində iştirakları barədə material yer alıb.

Mətbu orqanın növbəti səhifələrində “Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan məqsədyönlü siyasətin həyata keçirilməsinə akademik Ramiz Mehdiyev şərəflə xidmət göstərir”, “Şumer və türk dillərində eyni omonimlər”, “Azərbaycan ədəbiyyatı tarixinin III cildi: anadilli ədəbiyyat dövrünə elmi-nəzəri baxış”, “Özbək ədəbiyyatının Şekspiri” sərlövhəli məqalələr, eləcə də batalist rəssam Cəmaləddin İsmayılovla müsahibə öz əksini tapıb.

Eyni zamanda vəsaitdə “Sənaye idarəetmə sistemlərinin kibertəhlükəsizliyi problemləri”, “Nizami Gəncəvi yaradıcılığında riyazi-astronomik baxış” (VIII “Fizika və lirika”), “Müasirlik dövründə türk dövlətləri incəsənəti”, “Vətən müharibəsində Azərbaycan qadını” və digər mövzularda keçirilmiş yerli və beynəlxalq konfranslar, Qarabağ Elmi-Tədqiqat Bazasının infrastrukturunun bərpası ilə bağlı təşkil olunan tarla seminarı, yeni nəşrlər və digər xəbərlərlə tanış ola bilərsiniz.

16 səhifəlik qəzetdə, o cümlədən rus dilində maraqlı yazılar da yer alıb.

© Mənbə: www.science.az

Faydalı linklər