Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Riyaziyyatçı alim “İlin peşəkar gənci” fəxri adına layiq görülüb


AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun Elastiklik və plastiklik nəzəriyyəsi şöbəsinin böyük elmi işçisi, m.ü.f.d., dosent Gülnar Mirzəyeva Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) tərəfindən “İlin peşəkar gənci” fəxri adına layiq görülüb.

Gənc alimə 2021-ci il 5 noyabr tarixində AMEA-nın Azad Həmkarlar İttifaqınnın məclisində AHİK-in Fəxri diplomu, Döş nişanı və vəsiqəsi təqdim edilib.

Qeyd edək ki, 2020-ci il üzrə əməkdə, təhsildə və ictimai fəaliyyətdə xüsusi nailiyyətlər əldə etmiş gənclərə “İlin peşəkar gənci” fəxri adının verilməsi haqqında Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının İcraiyyə Komitəsi qərar qəbul edib.

Bu gün Azərbaycan gəncləri yeni, müasir və müstəqil ölkəmizin qurulmasında fəal iştirak edirlər. Artıq bir neçə ildir ki, həmkarlar ittifaqlarının gənclər şuraları fəaliyyət göstərir. Gənc liderlər beynəlxalq təşkilatların keçirdikləri toplantılara dəvət edilir. “İlin peşəkar gənci” fəxri adı gənclər şuralarının fəaliyyətinin yüksəldilməsinə, istedadlı gənclərin üzə çıxarılmasına, onlara həmkarlar ittifaqı təşkilatları tərəfindən diqqətin artırılması məqsədilə təsis olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər