Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

“Diferensial tənliklər” şöbəsinin baş elmi işçisi Bəhram Əli oğlu Əliyev “Kvadratik kompleks parametrli II tərtib elliptik diferensial operator tənlik üçün bir sərhəd məsələsinin həll olunması” mövzusunda məruzə edib


Bu gün AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunda növbəti Ümuminstitut seminarı keçirilib. Ümuminstitut seminarında “Diferensial tənliklər” şöbəsinin baş elmi işçisi Bəhram Əli oğlu Əliyev “Kvadratik kompleks parametrli II tərtib elliptik diferensial operator tənlik üçün bir sərhəd məsələsinin həll olunması” mövzusunda məruzə etdi.

Məruzədə H Hilbert fəzasında ikinci tərtib elliprik diferensial-operator tənlik üçün kompleks parametr tənliyə və sərhəd şərtlərindən birinə daxil olduqda və sərhəd şərtlərindən birinə kompleks parametrlə yanaşı xətti operator daxil olduqda bir sərhəd məsələsinin həll olunması araşdırırılır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər