Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Professor Lətif Xəlil oğlu Talıblı “İrsi xassəli cismlərin vibrasiya yüklənmələrində möhkəmlik nəzəriyyəsinin qurulmasının bir mümkün halı” mövzusunda məruzə edib


Bu gün AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunda növbəti Ümuminstitut seminarı keçirilib. Ümuminstitut seminarında “Deformasiya olunan bərk cism mexanikası” şöbəsinin müdiri professor Lətif Xəlil oğlu Talıblı “İrsi xassəli cismlərin vibrasiya yüklənmələrində möhkəmlik nəzəriyyəsinin qurulmasının bir mümkün halı” mövzusunda məruzə etdi.

Cismin vibrasiya yüklənmələrində yüklənmənin tezliyini, maksimal səviyyəsini, maksimal və minimal səviyyələrinin fərqini xarakterizə edənüç funksional daxil edilir. Bu funksionallardan istifadə edilməklə irsi xassəli cisimlərin vibrasiya yüklənmələrində dağılmasını ifadə edən kinetik tənlik qurulur. Dağılma vaxtını təyin etməyə imkan verən riyazi şərt alınır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər