Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Fizika-riyaziyyat elmləri doktoru, prof. Qabil Qəribxan oğlu Əliyev “Fiziki və kimyəvi xassələrdəki dəyişikliklərin təsirini nəzərə alaraq polimer material üçün ümumiləşmiş Huk qanunu” mövzusunda məruzə edib


Bu gün AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunda növbəti seminar keçirilib. Seminarda f-r.e.d. prof. Qabil Qəribxan oğlu Əliyev “Fiziki və kimyəvi xassələrdəki dəyişikliklərin təsirini nəzərə alaraq polimer material üçün ümumiləşmiş Huk qanunu” mövzusunda məruzə ilə çıxış edib.

İşdə polimer borularda qatların fiziki-kimyəvi xüsusiyyətlərinin dəyişilməsini nəzərə alaraq deformasiya və kontakt gərginliklər təyin edilmişdir. Aqressiv mühitdə işlədilən boruların dayanıqlı işləməsi üçün parametrlərin təyin edilməsi tədqiq olunur.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər