Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Dissertasiya şurasının növbəti iclası keçirildi


10 dekabr 2021-ci il saat 1400-da AMEA Riyaziyyat və Mexanika İnstitutu nəzdində fəaliyyət göstərən ED 1.04 Dissertasiya şurasında növbəti fəlsəfə doktoru dissertasiyasının müdafiəsi (qismən əyani eyni zamanda distant şəkildə) keçirildi. Gəncə Dövlət Universitetinin doktorantı Sevinc Bakir qızı Quliyeva “Ox üzrə və izləmə qüvvələrinin təsiri altında olan milin eninə rəqslərinə uyğun diferensial tənliyin məxsusi funksiyalarının xassələri” mövzusunda 1211.01-Diferensial tənliklər ixtisasında riyaziyyat üzrə fəlsəfə doktoru dissertasiya işini müdafiə etdi. Dissertasiya tamamlanmış elmi-tədqiqat işi hesab edildi. Dissertasiya işi Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının fəlsəfə doktoru dissertasiyalarına qoyduğu bütün tələblərə uyğun olduğu üçün, iddiaçı Sevinc Bakir qızı Quliyevaya 1211.01-Diferensial tənliklər ixtisasında riyaziyyat üzrə fəlsəfə doktoru elmi dərəcəsi verilməsi məqsədəuyğun hesab edildi.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər