Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Elmi seminarın növbəti iclası keçirildi


AMEA Riyaziyyat və Mexanika İnstitutunda ED 1.04 dissertasiya şurasının nəzdindəki elmi seminarda 17 dekabr 2021-ci il tarixində saat 1600-da Bakı Dövlət Universitetinin dosenti Hümbət Kazım oğlu Musayevin “Abstrakt konvolution operator-diferensial tənliklərin maksimal requlyarlıq xassələri və tətbiqləri” mövzusunda 1211.01 – Diferensial tənliklər ixtisasında riyaziyyat üzrə elmlər doktoru dissertasiya işinin müzakirəsi keçirilmişdir.

İclası “Diferensial tənliklər” ixtisası üzrə seminarın rəhbəri AMEA-nın həqiqi üzvü, professor Yusif Məmmədov açaraq sözu Hümbət Musayevə vermişdir. Hümbət Musayev dissertasiyanın əhatə etdiyi mövzular haqqında məlumat verdikdən sonra BDU-nun professoru, f-r.e.d. Nihan Əliyev, Bakı Biznes Universitetinin professoru, f-r.e.d. Mahir Səbzəliyev, BDU-nun Diferensial və inteqral tənliklər kafedrasının müdiri, f-r.e.d., dosent Yaşar Mehrəliyev iş haqqında öz müsbət rəylərini bildirdilər. Sonra çıxış üçün söz alan f-r.e.n., dosent Hikmət Əhmədov iş haqqında öz müsbət fikrini bildirdi, iddiaçıya uğurlar arzuladı.

Sonda gizli keçirilən səsvermənin nəticəsi müsbət olmuşdur.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər