Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

AMEA Riyaziyyat və Mexanika İnstitutunda Ümuminstitut seminarı keçirilib


Bu gün  AMEA Riyaziyyat və  Mexanika  İnstitutunda Ümuminstitut seminarı keçirilib.  Seminarda  AMEA-nın həqiqi üzvü professor Asəf Hacıyev “Dahi Kolmoqorovla bağlı müxtəlif maraqlı hadisələr və əhvəlatlar” adlı məruzə  ilə çıxış edib. Alim məruzədə  A.N Kolmoqorovun həyat və yaradıcılığından söhbət açıb. Qeyd edib ki, alimin riyaziyyatın metodologiyasına və tarixinə, onun tədrisi nəzəriyyəsi və praktikasına əvəzolunmaz bir  töhvə verib . A.N Kolmoqorovun adı rus elm tarixində M.V.Lomonosov, D.İ.Mendeleyev, S.P.Korolev və bir çox öz ölkələrini ömürlərinin şücaəti ilə şöhrətləndirmiş alimlərin  adları iə yanaşı çəkilir.

Sonda məruzə ətrafında müzakirələr aparılıb suallar cavablandırılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər