Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Elmi seminarın növbəti iclası keçirildi


AMEA Riyaziyyat və Mexanika İnstitutunda ED 1.04 dissertasiya şurasının nəzdindəki elmi seminarda 27 dekabr 2021-ci il tarixində saat 1600-da Bakı Dövlət Universitetinin nəzdində olan Tətbiqi Riyaziyyat ETI-nin apacı elmi işçisi Nasibov Şarif Məmməd oğlunun «Sobolev bərabərsizliklərində optimal sabitlər ve onların tətbiqləri» mövzusunda 1211.01 – Diferensial tənliklər ixtisasında riyaziyyat üzrə elmlər doktoru dissertasiya işinin müzakirəsi keçirilmişdir.

İclası “Diferensial tənliklər” ixtisası üzrə seminarın rəhbəri AMEA-nın həqiqi üzvü, professor Yusif Məmmədov açaraq sözu Şarif Nasibova vermişdir. Şarif Nasibov dissertasiyanın əhatə etdiyi mövzular haqqında məlumat verdikdən sonra BDU-nun professoru, f-r.e.d. Nihan Əliyev, AMEA Riyaziyyat ve Mexanika İnstitunun baş elmi işçisi professor, f-r.e.d Qurbanov Veli, BDU-nun Diferensial və inteqral tənliklər kafedrasının müdiri, f-r.e.d., dosent Yaşar Mehrəliyev iş haqqında öz müsbət rəylərini bildirdilər. Sonra çıxış üçün söz alan f-r.e.n., dosent Hikmət Əhmədov iş haqqında öz müsbət fikrini bildirdi, iddiaçıya uğurlar arzuladı.

Sonda gizli keçirilən səsvermənin nəticəsi müsbət olmushdur.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər