Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

ELAN


19.01.2022-сi il tarixində saat 11.00-da “Tətbiqi riyaziyyat” və “Dalğa dinamikası” şöbələrinin birgə seminarı  keçiriləcəkdir. Seminarda m.e.d. Elxan Abbasov  “İstilik mübadiləsini nəzərə alaraq lay-quyu sistemində neftin isti su ilə sıxışdırılma prosesinin modelləşdirilməsi” mövzusunda çıxış edəcəkdir.

İşdə lay-quyu sistemində laya isti mayenin vurulmasının qeyri-stasionar istilik mübadiləsi prosesinin modeli qurulmuş və sərhəd məsələsinin həlli verilmişdir. Quyu lüləsində istilik itkisi və laya vurulan mayenin temperatur sahəsi müəyyən edilmişdir. Göstərilmişdir ki, vurulan istilik layda kiçik bir zonaya yayıla bilir. Alınmış analitik ifadələrdən istifadə etməklə sistem parametrlərinin praktiki qiymətləri üçün ədədi hesablamalar aparılmışdır.

Arzu edənlər iştirak edə bilərlər.

İclasa qoşulmaq üçün

https://us05web.zoom.us/j/4420396236?pwd=ZG1vblIwSGI3cWF1ZUVZbjFiUkJ6UT09

linkinə daxil olmaq lazımdır.

Meeting ID: 442 039 6236

Parol: Ng32cz

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər