Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

ELAN


19 yanvar 2022-ci il tarixində saat 10.00-da AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunda keçiriləcək Ümuminstitut seminarında AMEA-nın İdarəetmə Sistemləri İnstitutunun baş elmi işçisi, texnika üzrə elmlər doktoru, professor Ramin Rza oğlu Rzayev “Neyron şəbəkəli və qeyri-səlis modelləşdirmə üsullarının tətbiqi əsasında təhsil xidmətlərin rəqabətliyinin qiymətləndirilməsi və universitetlərin ranqlaşdırılması metodikası” mövzusunda məruzə ilə çıxış edəcəkdir.

Məruzədə təhsil xidmətlərinin marketinq fəzasının və əmək bazarında universitetin rəqabət mövqeyinin qiymətləndirilməsi məqsədilə qeyri-səlis çıxarış sisteminə əsaslanan qeyri-səlis modellər işlənilmişdir. Aparılan tədqiqatlar çərçivəsində universitetlərin rəqabətlilik səviyyələrinə görə ranqlaşdırılması üçün reytinq sisteminin işlənməsinə dair neural-fuzzy yanaşma təklif edilmiş və sınaqdan keçirilmişdir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər