Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Hüseynova Elmira xanımı 55 yaşı münasibətilə təbrik edirik!


Hüseynova Elmira Həsən qızı 09 yanvar 1967-ci ildə Gürcüstan Respublikasının Qardabani rayonunun Ağtəhlə kəndində anadan olmuşdur.

1986-1989 illərdə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun, Mühasibat uçotu və təsərrüfat fəaliyyətinin təhlili, fakültəsinin “Iqtisadçı mühasib” ixtisası üzrə təhsil almışdır.

1990-1997-ci illərdə Gürcüstan Respublikasında mühasib kimi çalışmış, 2003-cü ildən bugünə kimi Riyaziyyat və Mexanika İnstitutunda (2003-2014-cü ilə kimi “Funksional analiz” şöbəsində baş laborant, 2014-cü ildən hal-hazırda “Sənədlərlə iş” şöbəsinin müdiri) fasiləsiz olaraq çalışır.

Hörmətli Elmira xanım yüksək insani keyfiyyətləriylə, dərin daxili mədəniyyətiylə ünsiyyətdə olan hər bir insanın özünə qarşı olan böyük hörmətini və ehtiramını qazanıb. E. Hüseynovaya xas olan insanpərvərlik, əməksevərlik, həssaslıq və qayğıkeşlik kimi nəcib insani keyfiyyətlər çalışdığı kollektivdə ona böyük hörmət və rəğbət qazandırmışdır.

İnstitutun kollektivi Elmira xanımı 55 yaşı tamam olması münasıbətılə təbrik edir, ona həyatında ən dəyərli nemət olan can sağlığı, sevinc dolu günlər arzulayır!

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər