Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Elmi seminarın növbəti iclası keçirildi


AMEA Riyaziyyat və Mexanika İnstitutunun “Qeyri-harmonik analiz”, “Funksional analiz”, “Funksiyalar nəzəriyyəsi” şöbələrinin birgə iclasında 26 yanvar 2022-ci il tarixində, saat 1200-da dosent Aydın Şükür oğlu Şükürovun “Cırlaşan triqonometrik sistemlərin freymlik xassələri, Kostyuçenko tipli sistemlərin bazislik xassələri və bəzi tətbiqlər” mövzusunda 12.02.01-analiz və funksional analiz ixtisasında riyaziyyat üzrə elmlər doktoru dissertasiya işinin ilkin müzakirəsi keçirilmişdir.

İclası “Funksional analiz” şöbəsinin müdiri professor Həmdulla Aslanov açaraq sözü dosent Aydın Şükürova vermişdir. Dos. A. Şükürov dissertasiyanın məzmunu haqqında məlumat verdikdən sonra “Qeyri-harmonik analiz” şöbəsinin əməkdaşı r.e.d  Telman Qasımov, “Funksiyalar nəzəriyyəsi” şöbəsinin əməkdaşı f.-r.e.d., professor Alik Nəcəfov, “Funksional analiz” şöbəsinin müdiri f.r.e.d., professor Həmdulla Aslanov iş haqqında verdikləri müsbət rəylərini bildirdilər.

Cıxış üçün söz alan AMEA-nın müxbir üzvü, professor Bilal Bilalov, “Riyazi-fizia tənlikləri” şöbəsinin müdiri Əbdürrəhim Quliyev iş haqqında öz müsbət fikirlərini bildirərək iddiaçıya uğurlar arzulamışlar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər