Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Yaxın gələcəkdə süni zəka texnologiyalarının tətbiqilə yox olacağı gözlənilən peşələr müəyyənləşdirilib


İsveç Əmək Bazarını Qiymətləndirmə və Təhsil Siyasəti İnstitutu (IFAU) tərəfindən aparılmış müvafiq tədqiqatlar nəticəsində texnologiyaların inkişafı nəticəsində bir çox peşələrin tarixə qovuşacağı üzə çıxıb.

Jurnalistlərin qeyd etdiyi kimi, süni intellekt texnologiyası getdikcə daha çox funksiyanı yerinə yetirir ki, bu da gələcəkdə müxtəlif fəaliyyət sahələrində əmək haqqı baxımından cəmiyyətin təbəqələşməsinə səbəb ola bilər. Danderud Universiteti Xəstəxanasının ortoped cərrahı Maks Qordonun fikrincə, bəzi həkim ixtisasları da ortadan qalxacaq. Belə ki, indidən sınıqlar süni zəka ilə təyin olunursa, gələcəkdə müalicə təyini, həmçinin təcili yardım, ginekologiya kimi sahələrdə süni zəka tətbiq olunacaq.

Bununla yanaşı, mühasib, fotomodel, dəzgah operatoru, satıcı, kassir, xadimə və s. işlərin də süni zəkanın ixtiyarına keçəcəyi bildirilir.

https://mir24.tv/news

Faydalı linklər