Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Elmi seminarın növbəti iclası keçirildi


AMEA Riyaziyyat və Mexanika İnstitutunda ED 1.04 dissertasiya şurasının nəzdindəki elmi seminarda  31 yanvar 2022-ci il tarixində saat 1000 -da Bakı Dövlət Universitetinin qiyabi doktorantı Sevda Elxan qızı İsayevanın “Qeyri-stasionar tənliklər üçün akustik qoşmalıq şərtli və yaddaş operatorlu qarışıq məsələlər” mövzusunda 1211.01 – Diferensial tənliklər ixtisasında riyaziyyat üzrə elmlər doktoru dissertasiya işinin müzakirəsi keçirilmişdir.

İclası “Diferensial tənliklər” ixtisası üzrə seminarın rəhbəri AMEA-nın həqiqi üzvu, professor Yusif Məmmədov açdı. Seminarın sədri sözü Sevda İsayevaya verdi. Sevda İsayeva dissertasiyanı əhatə edən mözular haqqında məlumat verdikdən sonra Azərbaycan Dövlət Pedaqoji Universitetinin “Riyazi analiz” kafedrasının professoru, f.-r.e.d. Vəli Qurbanov, Bakı Dövlət Universitetinin “Tətbiqi analizin riyazi üsulları” кafedrasının professoru, r.e.d. Nihan Əliyev, Bakı Biznes Universitetinin “Ali riyaziyyat və texniki fənlər” kafedrasının müdiri, f.-r.e.d.,  professor Mahir Səbzəliyev iş haqqında verdikləri  öz müsbət rəylərini bildirdilər. Cıxış üçün söz alan iddiaçının elmi məsləhətçisi f.-r.e.d., professor Əkbər Əliyev iş haqqında öz müsbət fikrini bildirdi. Sonda gizli keçirilən səsvermənin nəticəsi müsbət olmuşdur.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər