Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

ELAN


16 fevral 2022-ci il tarixində saat 10-00-da AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunda keçiriləcək Ümuminstitut seminarında dosent Bağırov Şirmayıl «Bəzi yarım-xətti elliptik və parabolik tənliklərin sonsuz oblastda qlobal həllinin yoxluğu» mövzusunda məruzə ilə çıxış edəcəkdir.

Məruzədə sonsuz oblastda ikinci və dördüncü tərtib elliptik, parabolik tənliklər və tənliklər sisteminin qlobal həllərinin yoxluğu məsələsi öyrənilir. Qlobal həllərin yoxluğunu təmin edən kafi şərtlər tapılır. Göstərilir ki, tapılan kafi şərtlər dəqiqdir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər