Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

“Cəbr və riyazi məntiq” şöbəsinin müdiri f.-r.e.n., dosent Əli Əvəz oğlu Babayev Nəsirəddin Tusinin silloqistikası haqqında məruzə edib


Bu gün AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunda növbəti seminar keçirilib. Seminarda f.-r.e.n., dosent Əli Əvəz oğlu Babayev Nəsirəddin Tusinin silloqistikası haqqında məruzə edib. Seminarda şöbənin əməkdaşları ilə yanaşı Elm Tarixi İnstitutunun aparıcı elmi işçisi Nazilə Sultanova da iştirak etmişdir.
Məruzə Nəsirəddin Tusinin “Əsas ul-iqtibas” əsərində müqəddimələri kateqorik və modal təkliflərdən ibarət olan silloqizmlərə həsr edilmişdir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər