Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Elmi seminarın növbəti iclası keçirildi


AMEA Riyaziyyat və Mexanika İnstitutunun «Tətbiqi riyaziyyat», «Dalğa dinamikası» və «Deformasiya olunan bərk cisim mexanikası» şöbələrinin birgə iclasında 23.02.2022-сi il tarixində saat 12:00-da dosent Mahir Əliqulu oğlu Mehdiyevin  «İçi boş silindr və onu əhatə edən elastik mühitdən ibarət olan sistemə təsir edən hərəkətli və titrəyişli yükün dinamikası» mövzusunda 2002.01-«Deformasiya olunan bərk cisim mexanikası» ixtisasında mexanika üzrə elmlər doktoru dissertasiya işinin ilkin müzakirəsi keçirilmişdir.

İclası «Tətbiqi riyaziyyat» şöbəsinin müdiri Elxan Abbasov açaraq sözü dosent Mahir  Mehdiyevə vermişdir. Dosent M.Ə.Mehdiyev dissertasiya işi haqqında ətraflı çıxış etdi. Sonra  «Tətbiqi riyaziyyat» şöbəsinin müdiri Elxan Abbasov, «Dalğa dinamikası» şöbəsinin müdiri Nazilə Rəsulova və «Deformasiya olunan bərk cisim mexanikası» şöbəsinin müdiri Lətif Talıblı iş haqqında verdikləri  öz müsbət rəylərini bildirdilər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər