Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Alimlərimizin məqaləsi nüfuzlu topluda dərc olunub


AMEA Riyaziyyat və Mexanika İnstitutunun “Deformasiya olunan bərk cism mexanikası” şöbəsinin müdiri, fizika-riyaziyyat elmləri doktoru, professor Lətif Talıblı və həmin şöbənin aparıcı elmi işçisi mexanika üzrə fəlsəfə doktoru, dosent Mehriban Məmmədovanın həmmüəllif olduqları “Study on the Method for a Solution to Some Class of Quasi-Static Problems in Linear Viscoelasticity Theory, as Applied to Problems of Linear Torsion of a Prismatic Solid” (Xətti özlüelastiklik nəzəriyyəsinin bir sinif kvazistatik məsələlərinin həll metodlarının tədqiqi, prizmatik cismlərin xətti burulma məsələlərinə tədbiqlə) adlı məqalə tanınmış BP İnternational nəşriyyatında çapdan çıxmış “Recent Advances in Mathematical Research and Computer Science” (Riyazi tədqiqatlar və kompüter elmləri sahəsində son nailiyyətlər) elmi toplusunun iri həcmli birinci cildində fəsil şəklində yer almışdır.

( https://stm.bookpi.org/RAMRCS-V1/article/view/4338 )

Məqalədə deformasiya olunan bərk cism mexanikasının özlüelastiklik nəzəriyyəsinin ümumi şəkildə qoyulmuş kvazistatik məsələsinin yeni dəqiq həll metodu verilmişdir.  Təklif olunan metod xüsusi halda özlüelastik materialdan hazırlanmış prizmatik cismlərin burulma məsələsinin dəqiq həllini tapmağa imkan vermişdir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər