Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Elmi seminarın növbəti iclası keçirildi


AMEA Riyaziyyat və Mexanika İnstitutunun ED 1.04 dissertasiya şurasının 25 fevral 2022-ci il tarixli (saat 1400) iclasında Bakı Dövlət Universitetinin dosenti Hümbət Kazım oğlu Musayevin “Abstrakt konvolution operator-diferensial tənliklərin maksimal requlyarlıq xassələri və tətbiqləri” mövzusunda 1211.01 – Diferensial tənliklər ixtisasında riyaziyyat üzrə elmlər doktoru dissertasiya işinin müzakirəsi keçirilmişdir.

İclası ED 1.04 dissertasiya şurasının sədri AMEA-nın müxbir üzvü, professor Misir Mərdanov açaraq sözü Hümbət Musayevə vermişdir. Hümbət Musayev dissertasiyanın əhatə etdiyi mövzular və əldə olunan nəticələr haqqında məlumat verdikdən sonra opponentlər – BDU-nun professoru, f-r.e.d. Nihan Əliyev, İstanbul Baxcaşəhər Universitetinin professoru, f-r.e.d. Allaberen Aşurəliyev, ADPU-nun professoru, f-r.e.d. Bəhram Əliyev, f-r.e.d. professor Tahir Hacıyev iş haqqında öz müsbət rəylərini bildirdilər.

Sonra iddiaçıya suallar verildi və çıxışlar oldu. Suallar konkret və dolğun cavablandırıldı. Çıxış edənlər isə iş haqqında müsbət fikirlərini bildirərək müəllifə uğurlar arzuladılar.

Sonda gizli keçirilən səsvermənin nəticəsi müsbət olmuşdur.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər