Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Azərbaycan Texniki Universitetində martın 2-də “Müdafiə sənayesi üzrə ixtisaslı kadrların hazırlanması: Elmi tədqiqatların inteqrasiyasında və təhsildə innovativ yanaşma” mövzusunda konfrans keçirilib


Konfransda Müdafiə Sənayesi Nazirliyi,  Milli Aerokosmik Agentliyi, Azərbaycan Milli Elmlər Akademiyasının İnstitutları, Təhsil Nazirliyi, Rəqəmsal İnkişaf və Nəqliyyat nazirliklərinin əməkdaşları iştirak ediblər.

Hərbi sahəsində ağıllı texnologiyalar, müasir hərbi texnika mühəndisliyi və kibertəhlükəsizlik sistemləri üzrə ixtisaslı kadrların hazırlanması məsələləri geniş müzakirə olunub. Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində alim və tələbələrin mühəndis və hərbiçilərlə birlikdə təcrübə işlər aparılmasının effektivliyindən söhbət açılıb.

Konfransda Riyaziyyat və Mexanika İnstitutunun əməkdaşları professor Elxan Abbasov və dosent Həsən Nağıyev iştirak etmişlər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər