Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Fizika-riyaziyyat elmləri doktoru, əməkdar elm xadimi, professor Vaqif Mirəhməd oğlu Mirsəlimov 81 yaşında vəfat etmişdir


O, yeganə azərbaycanlı alim idi ki, sağlığında NASA ilə işləməyə dəvət almışdı. Uzun illər Azərbaycan Texniki Universitetinin Mexanika kafedrasının müdiri vəzifəsində çalışmış Vaqif Mirsəlimov 500-dən çox elmi məqalənin müəllifi, bir sıra xarici nüfuzlu elmi jurnalların redaksiya heyətinin və beynəlxalq elmi konfransların təşkilat komitələrinin üzvü olub. O, nəzəri, tətbiqi və dağılma mexanikası sahəsində elmi məktəb yaradıb, 107 elmlər namizədi və 15 elmlər doktoru yetişdirib. AzTU-nun Ağsaqqallar Şurasının üzvü kimi universitetin ictimai, elmi və pedaqoji həyatında fəal iştirak edib.

AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun rəhbərliyi və kollektivi professor Vaqif Mirsəlimovun vəfatı ilə əlaqədar mərhumun doğmalarına, yaxınlarına və həmkarlarına dərin hüznlə başsağlığı verir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər