Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Dissertasiya şurasının növbəti iclası keçirildi


AMEA Riyaziyyat və Mexanika İnstitunun ED.104 dissertasiya şurasının 04 mart 2022-ci il tarixli (saat 13.00) iclasında Gəncə Dövlət Universitetinin riyazi analiz kafedrasının dosenti, f.-r. e. n. Sabir Qəhrəman oğlu Həsənovun “Kəsr-maksimal, kəsr-inteqral operatorların və onların kommutatorlarının Orliç və ümumiləşmiş Orliç-Morri fəzalarında məhdudluğu meyarları” mövzusunda 1202.01-Analiz və funksional analiz ixtisasında riyaziyyat üzrə elmlər doktoru dissertasiya işinin müzakirəsi keçirilmişdir.

İclası ED.104 dissertasiya şurasının sədri AMEA-nın müxbir üzvü, professor Misir Mərdanov açaraq sözü Sabir Həsənova verdi. Sabir Həsənov dissertasiyanın əhatə etdiyi mövzular və alınan nəticələr haqqında məlumat verdikdən sonra rəsmi opponentlər- RMİ “Funksional analiz” şöbəsinin müdiri, f.-r. e. d., professor Həmidulla Aslanov, ADPU-nun professoru, f.-r. e. d. Rəhim Rzayev, Milli Aviasiya Akademiyasının dosenti, r. e. d. Mübariz Hacıbəyov, ADNSU-nun dosenti, r. e. d.  Cavanşir Həsənov iş haqqında öz müsbət rəylərini bildirdilər.

Sonda iddiaçıya suallar verildi və çıxışlar oldu. Suallar konkret və əhatəli cavablandırıldı.Çıxış edənlər isə iş haqqında müsbət fikirlərini bildirərək müəllifə uğurlar arzuladılar.

Sonda gizli səsvermənin nəticəsi müsbət olmuşdur.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər