Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Bu gün mexanika sahəsində tanınmış alim Yusif Əmənzadənin anım günüdür


Tanınmış alim Əmənzadə Yusif Əmən oğlu 1914-cü il­ fevralın 18-də Bakı şəhərində anadan olmuş­dur. Azərbay­can Sənaye İnstitutunun (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) Neft-mədən fakül­təsini fərqlənmə diplomu ilə bitirmişdir.

1959-cu ildən ömrünün axırına qədər Bakı Dövlət Universitetində nəzəri mexanika kafedrasının müdiri vəzifəsində çalışıb. Riyaziyyat üzrə elmlər doktoru elmi dərə­cəsini (1959), professor elmi adını (1961) almış, 1968-ci ildə AEA-nın müx­­­­bir üzvü seçilmişdir. AEA Riyaziyyat və Mexanika İnstitutunun Elastikliyyət nəzəriyyəsi şöbəsinin rəhbəri vəzifələrində çalışmışdır.

Elmi fəaliyyəti əsasən hissə-hissə bircins elastiki mühitdə gərginlik de­for­masiya vəziyyətinin və elastiklik nəzəriyyəsinin kontakt məsələlərinin təd­qiqinə həsr olunmuşdur. Elastiklik nəzəriyyəsinin müstəvi məsələlərinin həl­lində yaranan sonsuz xətti cəbri tənliklər sistemlərinin kvazirequlyarlığını sübut etmiş, boşluğa malik prizmatik tirin əyilmə mərkəzinin koordinatlarını bir burulma funksiyası vasitəsi ilə təyin edən düstur vermişdir. Çoxrabitəli və qarışıq yarımmüstəviyə sərt ştampın təsiri məsələsi və bu kimi məsə­lələrin həlli üsulunu vermiş, sonlu mühitdə çat məsələsinin analitik həll üsu­lunu inkişaf etdirmişdir. Çoxrabitəli oblastlar üçün elektromodelləşdirmə üsu­lu ilə Dirixle məsələlərinin həlli üçün yeni orijinal metodika təklif etmiş­dir. Neft-mədən me­xa­nikasinda bir sıra mühüm statik və dinamik məsələ­lərin həlli ona məxsusdur. Elastiki örtüklərin variasiya üsulu ilə həllini təd­qiq etmiş və bu məsələlərin ədədi həllini verimişdir. Yusif Əmənzadə xarici alimlərlə birlikdə məsələlərin həlli prosesində xətti cəbri tənliklərin sonsuz sistemlərinin kvazitəkrarlanmasını sübut edən ilk azərbaycanlı alim olub.

Alim 150-dən çox elmi məqalənin müəllifidir. Rəhbərliyi altın­da 40-dan çox fəlsəfə doktoru və 5 elmlər doktoru yetişmişdir.

AMEA-nın müxbir üzvü Yusif Əmənzadə 11 mart 1982-ci ildə Bakı şəhə­rində vəfat etmişdir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər