Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Professor Fərman Məmmədov “Existence of solutions to the space-fractional degenerate nonlinear Schodinger equation with nonlinearity” mövzusunda plenar məruzə etmişdir


21-23 yanvar 2022-ci il tarixində Türkiyənin İstanbul şəhərində  Online “İnternational Symposium on Applied Mathematics and Engineering” (İSAME 22) Biruni Universiteti və Bişka Bieni şirkəti tərəfindən Beynəlxalq simpozium keçirilmişdir.

Simpoziumda dünyanın 17 (Türkiyə, ABŞ, Portuqaliya, Azərbaycan, Hindistan, Böyük Britaniya, Çin, İran, İspaniya, Yunanıstan, Cənubi Afrika və Şimali İrlandiya Birləşmiş Krallığı) ölkənin alimlərinin plenar məruzələri dinlənilmişdir.

17 plenar məruzəçidən yalnız biri  Azərbaycanı təmsil edən  AMEA Riyaziyyat və Mexanika İnstitutunun “Riyazi fizika tənlikləri” şöbəsinin baş elmi işçisi fizika-riyaziyyat elmləri doktoru, professor Fərman İmran oğlu Məmmədov olmuşdur.

22 yanvar 2022-ci il tarixində Rumıniyanın tanınmış alimi Dumitru Baleanu sədrlik edən bölmədə professor Fərman Məmmədov “Existence of solutions to the space- fractional degenerate nonlinear Schodinger equation with nonlinearity” mövzusunda plenar məruzə etmişdir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər