Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Elmi seminarın növbəti iclası keçirildi


AMEA Riyaziyyat və Mexanika İnstitutunun «Tətbiqi riyaziyyat», «Dalğa dinamikası» və «Deformasiya olunan bərk cisim mexanikası» şöbələrinin birgə iclasında 30.03.2022-сi il tarixində saat 12:00-da dosent Mahir Əliqulu oğlu Mehdiyevin  «İçi boş silindr və onu əhatə edən elastik mühitdən ibarət olan sistemə təsir edən hərəkətli və titrəyişli yükün dinamikası» mövzusunda 2002.01-«Deformasiya olunan bərk cisim mexanikası» ixtisasında mexanika üzrə elmlər doktoru dissertasiya işinin ilkin müzakirəsi keçirilmişdir.

İclası «Deformasiya olunan bərk cisim mexanikası» şöbəsinin müdiri professor Lətif Talıblı açaraq sözü dosent Mahir Mehdiyevə vermişdir. Dosent M.Ə.Mehdiyev dissertasiya işi haqqında ətraflı çıxış etdi. Sonra  «Tətbiqi riyaziyyat» şöbəsinin müdiri r.e.d. Elxan Abbasov və professor Lətif Talıblı iş haqqında təqdim etdikləri müsbət rəylərini bildirdilər.

Çıxış üçün söz alan professor Qabil Əliyev, professor Cəfər Ağalarov və professor Soltan Əliyev iş haqqında öz müsbət fikirlərini bildirdilər və iddiaçıya uğurlar arzuladılar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər