Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Elmi Seminarin növbəti iclası keçirildi


AMEA Riyaziyyat və Mexanika İnstitutunun “Funksional analiz”, “Diferensial tənliklər” və “Qeyri-harmonik analiz” şöbələrinin birgə iclasında 08 aprel 2022-ci il tarixində saat 14:00-da f.-r.e.n. Manaf Cabar oğlu Manafovun “Ümumiləşmiş potensiallı diferensial operatorların və onların bəzi fərq analoqlarının spektral analizi” mövzusunda 1202.01-Analiz və fonksional analiz ixtisasında riyaziyyat üzrə elmlər doktoru dissertasiya işinin ilkin müzakirəsi keçirilmişdir.

İclası “Funksional analiz” şöbəsinin müdiri professor Həmdulla Aslanov açaraq sözu f.-r.e.n Manaf Manafova vermişdir. F.-r.e.n Manafov dissertasiyanın əhatə etdiyi mövzular haqqında məlumat verdikdən sonra  “Qeyri-harmonik analiz” şöbəsinin əməkdaşı r.e.d  Telman Qasımov, “Funksional analiz” şöbəsinin müdiri professor Həmdulla Aslanov, “Diferensial tənliklər” şəbəsinin əməkdaşı professor Tahir Hacıyev iş haqqında verdikləri öz müsbət rəylərini bildirdilər.

Çıxış üçün söz alan AMEA-nın müxbir üzvü, professor Misir Mərdanov, professor Əkbər Əliyev,  professor Hidayət Hüseynov, professor Elşad Eyvazov, professor Məmməd Bayramoğlu, professor Nadir Süleymanov iş haqqında öz müsbət fikirlərini bildirdilər iddiaçıya uğurlar arzulamışlar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər