Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Elmi seminarın növbəti iclası keçirildi


AMEA Riyaziyyat və Mexanika İnstitutunda ED 1.04 dissertasiya şurasının nəzdindəki elmi seminarda 13 aprel 2022-ci il tarixində saat 12-00 -da Gəncə Dövlət Universitetinin dissertantı Rövşən Fərrux oğlu Babayevin “Sobolev-Morri tipli fəzalarda daxilolma teoremləri” mövzusunda 1202.01 – Analiz və funksional analiz ixtisasında riyaziyyat üzrə fəlsəfə doktoru dissertasiya işinin müzakirəsi keçirilmişdir.

İclası “Analiz və funksional analiz” ixtisası üzrə seminarın rəhbəri AMEA-nın müxbir üzvü, professor Bilal Bilalov açaraq iddiaçı haqqında məlumat vermişdir.

Seminarın sədri sözu iddiaçıya vermişdir.

Rövşən Babayev dissertasiyanın əhatə etdiyi mözular haqqında məlumat verdikdən sonra  “Riyazi analiz” şöbəsinin əməkdaşı, r.e.d., dos. Elman İbrahimov, ADNSU-nun “Ümumi riyaziyyat” kafedrasının əməkdaşı r.e.d., dos. Elnur Xəlilov iş haqqında verdikləri öz müsbət rəylərini bildirdilər. Cıxış üçün söz alan iddiaçının elmi rəhbəri, f.-r.e.d., prof. Alik Nəcəfov iş haqqında öz müsbət fikirlərini bildirdilər və iddiaçıya uğurlar arzulamışlar. Sonda gizli keçirilən səsvermənin nəticəsi müsbət olmuşdur və iddiaçı növbəti mərhələyə buraxılmışdır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər