Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

L”Oreal Fondu və UNESCO-nun “Elm sahəsində çalışan qadınlar üçün”
2023-cü il üzrə Beynəlxalq Mükafat haqqında


L”Oreal Fondu və UNESCO-nun “Elm sahəsində çalışan qadınlar üçün”2023-cü il üzrə Beynəlxalq Mükafat haqqında

L’Oreal Fondu və UNESCO-nun “Elm sahəsində çalışan qadınlar üçün” proqramı çərçivəsində təbiət elmləri (Fizika, Riyaziyyat, Kompüter) sahəsində 2023-cü il üzrə Beynəlxalq Mükafata namizədlərin qəbulu elan edilmişdir. Sözügedən Mükafata Fizika, Riyaziyyat və Kompüter Elmləri üzrə müstəsna xidmətləri olan qadınların namizədliyinin təqdim edilməsi dəvət olunur.

Ətraflı məlumatı  https://www.forwomeninscience.com/challenge/show/43  internet səhifəsindən  əldə edə bilərsiniz. Namizəd olduğu təqdirdə 25.05.2022-ci il tarixinədək AMEA Rəyasət Heyəti aparatının Beynəlxalq Elmi əməkdaşlıq şöbəsinə məlumat verməyiniz xahiş olunur. Namizədlər 31.05.2022-ci il tarixinədək onlayn formada qeydiyyatdan keçməlidirlər. 

Əlaqələndirici şəxs: Səfərli Röya E-mail:[email protected]; Tel: 4925349

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər