Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Elmi seminarın növbəti iclası keçirildi


AMEA Riyaziyyat və Mexanika İnstitutu nəzdində elmlər doktoru və fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim olunan dissertasiyaların müdafiəsini keçirən ED 1.04 dissertasiya şurasının 6 may 2022-ci il tarixli iclasında saat 1400-da Sevda Elxan qızı İsayevanın “Qeyri-stasionar tənliklər üçün akustik qoşmalıq şərtli və yaddaş operatorlu qarışıq məsələlər” mövzusunda 1211.01-Diferensial tənliklər ixtisasında riyaziyyat üzrə elmlər doktoru dissertasiya işinin müdafiəsi keçirildi.

Rəsmi opponentlər:

  • prof.     Tahir Sədi oğlu Hacıyev AMEA RMİ
  • prof.     Hamlet Fərman oğlu Quliyev BDU
  • prof.     Alik Malik oğlu Nəcəfov AzMİU
  • prof.    Mahir Mirzəxan oğlu Səbzəliyev Bakı Biznes Univ.

cıxış edərək iş haqqında  müsbət rəylərini bildirdilər. Elmi şuranın üzvləri AMEA-nın həqiqi üzvu, professor Yusif Məmmədov, AMEA-nın müxbir üzvu, professor Bilal Bilalov, professor Həmdulla Aslanov, professor Bəhram Əliyev, professor Ziyatxan Əliyev və başqaları çıxış edərək,  iş haqqında öz müsbət fikirlərini bildirdilər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər