Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Riyaziyyat və Mexanika İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü, professor Misir Mərdanov Bakı Dövlət Universitetində “Heydər  Əliyev və Bakı Dövlət Universiteti” mövzusu ilə çıxış edib


11 may 2022-ci il Bakı Dövlət Universitetinin təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü münasibəti ilə konfrans keçirilib. Konfransda  Riyaziyyat və Mexanika İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü, professor Misir Mərdanov  “Heydər  Əliyev və Bakı Dövlət Universiteti” mövzusu ilə çıxış edib.  Alim Ümumilli Lider Heydər Əliyevin tarixi uzaqgörənliyinə malik şəxsiyyət kimi müasir Azərbaycan dövlətinin qurulması istiqamətində atdığı addımlardan bəhs edib.

Bildirib ki, Azərbaycan Dövlət Universitetinin Tarix fakültəsinin məzunu olan Heydər Əliyev həyatının bütün dövrlərində Universitetlə bağlı olmuş, hər zaman bu tədris müəssisəsinə qayğı ilə yanaşmışdır. Azərbaycan elminin, təhsilinin, mədəniyyətinin inkişafında böyük xidmətləri olan Bakı Dövlət Unuversiteti Azərbaycan xalqının, Azərbaycan dövlətinin diqqət mərkəzində olmuş, yüksək qayğı ilə əhatə edilmişdir. Qeyd edib ki, Heydər Əliyev öz  çıxışlarında dəfələrlə Bakı Dövlət Universitetinin məzunu olmağı ilə fəxr etdiyini vurğulayıb. Onun yüksək şəxsiyyət, görkəmli dövlət xadimi, böyük ziyalı kimi formalaşmasında, milli-mənəvi dəyərlərə yiyələnməsində universitet mühitinin, abu-havasının, böyük rolunu yüksək qiymətləndirib. Ulu Öndər universitetin Azərbaycan elminin, ali təhsil sisteminin Azərbaycan Elmlər Akademiyasının yaranmasında, aparıcı ali məktəblərin yaranıb formalaşmasındakı fəaliyyətini hər zaman  yüksək  dəyərləndirib.

Qeyd edib ki, Bakı Dövlət Universitetinin ən zəngin, məzmunlu tarixinin şərəfli səhifələri məhz Heydər Əliyevin böyük diqqət və qayğısı sayəsində yazılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər