Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Çinli alimlər Azərbaycan alimlərinin mühüm elmi nəticəsindən istifadə etmişlər


Bu günlərdə məlum oldu ki, Çin Xalq Respublikasında nəşr olunan, yüksək impakt faktorlu “IMA Journal of Mathematical Control and Information” jurnalında (2022, pp.1-22) tanınmış alimlər  Teng Song, Bin Liu “First-order and second-order necessary optimality conditions for discrete-time stochastic systems with delay” adlı məqalədə Riyaziyyat və Mexanika İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü, professor Misir Mərdanov,  professor Telman Məlikov, Kamran və Samin Məlikin  2015, 2016, 2017, 2018, 2019, 2020-ci illərdə Web of Sciencenin bazasına daxil olan jurnallarda birgə çap olunmuş 10 məqaləsinə istinad etmişlər. Məqalədə o da qeyd olunur ki, həmin nəticələr adları qeyd olunan Azərbaycan alimlərinin istinad olunan elmi əsərlərində təklif edilimiş yeni metodun köməyi ilə alınmışdır.

Onu da qeyd etmək lazımdır ki, Çin alimlərinin məqaləsində idarəedici funksiyada gecikməsi olan diskret stoxastik sistemlərlə təsvir olunan idarəetmə məsələsində optimallıq üçün birinci və ikinci tərtib zəruri şərtlər isbat edilmişdir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər