Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Azərbaycan Milli Elmlər Akademiyasının Riyaziyyat və Mexanika İnstitutunun “Proceedings of the Institute of Mathematics and Mechanics” jurnalı Scopus elmi bazasında yüksək impakt faktoru almışdır


“Proceedings of the Institute of Mathematics and Mechanics” jurnalı 2021-ci il üzrə Scopus bazasının qiymətləndirilməsində Q2 kvartilində yüksələrək 0,518 impakt faktor almışdır. Həmin jurnal üçün bu göstərici 2020-ci ildə Q3 kvartillə 0.28 impakt faktor olmuşdur.

Qeyd edək ki, jurnalın baş redaktoru Riyaziyyat və Mexanika İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Misir Mərdanov, məsul redaktor isə r.e.d. Vüqar İsmayılovdur.

Sözügedən jurnal 2016-cı ildən “Web of Science”nın ilkin bazasına daxil olmuşdur.

Bu münasibətlə jurnalın redaksiya heyətini təbrik edir, onlara daha böyük uğurlar arzulayırıq.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər