Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Elmi seminarın növbəti iclası keçirildi


AMEA Riyaziyyat və Mexanika İnstitutunda ED 1.04 dissertasiya şurasının nəzdindəki elmi seminarda 3 iyun 2022-ci il tarixində saat 1100-da dissertant Samirə Oqtay qızı Rüstəmovanın “ Yarımxətti hiperbolik tənliklərdən ibarət sistem üçün bircins və qeyri-bircins sərhəd şərtli qarışıq məsələlərin qlobal həllərinin varlığı və yoxluğu” mövzusunda 1211.01-Diferensial tənliklər ixtisasında riyaziyyat üzrə fəlsəfə doktoru dissertasiya işinin  müzakirəsi keçirilmişdir.

İclası “Diferensial tənliklər” ixtisası üzrə seminarın rəhbəri AMEA-nın həqiqi üzvü, professor Yusif Məmmədov açaraq sözu Hikmət Əhmədova vermişdir. Hikmət Əhmədov dissertant haqqında məlumat verdikdən sonra dissertant Samirə Rüstəmova dissertasiyanın əhatə etdiyi mövzular haqqında məlumat vermişdir. İddiaçı Rüstəmovanın çıxışından sonra Bakı Biznes Universitetinin professoru, f-r.e.d. Mahir Səbzəliyev, ADPU-nun professoru Vəli Qurbanov, BDU-nun professoru, f-r.e.d. Nihan Əliyev iş haqqında öz müsbət rəylərini bildirdilər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər