Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Riyaziyyat və Mexanika İnstitutunda magistrantların yay imtahan sessiyası başlanıb


İyunun 3-də AMEA-nın Riyaziyyat və Mexanika  İnstitutunda təhsil alan magistrantların yay imtahan sessiyasına başlanılıb.

Belə ki, müəssisənin “Maye, qaz və plazma mexanikası”, “Riyazi analiz” və “Diferensial tənliklər” ixtisasları üzrə I kurs magistrantları “Özlü Nyuton mayeləri”, “Hamar çoxobrazlılar nəzəriyyəsi”  fənnləri üzrə imtahanları verib və onların nəticələri fənn müəllimləri  AMEA-nın müxbir  üzvü Qeylani Pənahov və f-r.e.d., professor Məmməd Bayramoğlu tərəfindən qiymətləndirilib.

Bildirək ki, müəyyən olunmuş qrafikə əsasən  yay  imtahan sessiyası  iyunun 28- ə dək  davam edəcək.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər