Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

AMEA Riyaziyyat və Mexanika İnstitutunun “Cəbr və Riyazi məntiq” şöbəsinin aparıcı elmi işçisi Eminağa Məmmədovun 60 yaşı tamam olur


Eminağa Mirzağa oğlu Məmmədov 12 iyun 1962-ci ildə Masallı rayonunun Ərkivan kəndində anadan olmuş, 1979-cu ildə C.Cabbarlı adına Ərkivan Kənd Orta Məktəbini bitirmiş, 1979-1982-ci illərdə S.M. Kirov adına Azərbaycan Dövlər Universitetinin Mexanika-Riyaziyyat fakültəsində təhsil almış, 1982-1985-ci illərdə Leninqrad Dövlət Universitetinin Riyaziyyat və Mexanika fakültəsində ali təhsilini tamamlamışdır.

1985-1987-ci illərdə Azərbaycan SSR Elmlər Akademiyasınin Mexanika və Riyaziyyat İnstitutunda işləmiş, 1987-1988-ci illərdə SSRİ Elmlər Akademiyasının Steklov adına Riyaziyyat İnstitutunun Leninqrad Bölməsində stajirovka keçmiş, 1988-1991-ci illərdə Leninqrad Dövlət Universitatinin Riyaziyyat və Mexanika fakültəsinin aspiranturasunda oxumuşdur. 2005-ci ilə kimi Masallı RTŞ-nin nəzdindəki məktəblərdə pedaqoji fəaliyyətlə məşğul olmuşdur. 2005-ci ildən AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun “Cəbr və Riyazi məntiq” şöbəsində işləməyə başlamışdır. Hazırda, o, adı çəkilən şöbədə aparıcı elmi işçi vəzifəsində çalışır.

2013-cü ildə Nəsirəddin Tusinin əsərlərində riyazi anlayışların mahiyyəti və məntiqi aspektləri” mövzusunda riyaziyyat üzrə fəlsəfə doktoru dissertasiysı müdafiə etmişdir.

Maraq dairəsi və tətqiqat istiqamətləri: cəbr və məntiq, funskional analiz, diferensial tənliklər, operator cəbrləri, elm tarixi, məntiq, fəlsəfə, teologiya. 80-dən yuxarı elmi, elmi-kütləvi məqalə, tezis, konfrans materialı, kitab, ərəb, rus, ingilis dillərindən təcümə və şərhlərin müəllifidir.

Hörmətli Eminağa müəllim! Siz yüksək insani keyfiyyətlərinizlə, dərin daxili mədəniyyətinizlə ünsiyyətdə olan hər bir insanın Sizə qarşı olan böyük hörmətini və ehtiramını qazanmısınız.

İnstitutun kollektivi Eminağa müəllimi 60 yaşı tamam olması münasibətilə təbrik edir, ona insan həyatı üçün ən dəyərli nemət olan can sağlığı, uzun ömür, elmi-pedaqoji, ictimai fəaliyyətində müvəffəqiyyətlər arzulayır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər