Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

AMEA Riyaziyyat və Mexanika İnstitutunda Akademik İbrahim İbrahimovun 110–illiyinə həsr olunmuş konfrans öz işini başa vurub


AMEA Riyaziyyat və Mexanika İnstitutu və Azərbaycan Dövlət Pedaqoji Universitetinin birgə təşkilatçılığı ilə Akademik İbrahim İbrahimovun 110–illiyinə həsr olunmuş “Riyaziyyat və Mexanikanın Müasir Problemləri” mövzusunda iki günlük elmi konfrans öz işini uğurla yekunlaşdırıb.

Tədbiri AMEA-nın müxbir üzvü, Riyaziyyat və Mexanika İnstitutunun baş direktoru, professor Misir Mərdanov tədbir iştirakçılarını salamlayaraq  konfransın mühüm elmi əhəmiyyətə malik olduğunu qeyd edib. Alimin Azərbaycan riyaziyyat elminə verdiyi töhfələri yüksək qiymətləndirərək, onun özündən sonra qoyub getdiyi zəngin irsin hələ uzun illər boyu tədqiq ediləcəyini vurğulayıb.

Azərbaycanda olmaqdan məmnunluq duyduqlarını bildirən qonaqlar konfransın işini yüksək dəyərləndirərək, təşkilatçılara, xüsusən də institutun direktoru, professor Misir Mərdanova dərin minnətdarlıqlarını bildiriblər. Vurğulandı ki, bu cür tədbirlərin keçirilməsi qarşılıqlı-faydalı əməkdaşlığa, mövcud təcrübələrin bölüşməsinə və paylaşılmasına böyük töhfə verir.

Qeyd edək ki, iki gün davam edən konfransda Rusiya, Ukrayna, Türkiyə, və s. ölkələrdən nüfuzlu alimlər iştirak ediblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər