Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Dissertasiya şurasının növbəti iclası keçirildi


30 iyun 2022-ci il saat 14:00-da AMEA Riyaziyyat və Mexanika İnstitutunun ED 1.04 dissertasiya şurasının nəzdindəki elmlər və fəlsəfə doktoru dissertasiyalarının müzakirəsi üzrə Elmi seminarın növbəti iclası (qismən əyani eyni zamanda distant şəkildə) keçirildi. İclasda Atif Akif oğlu Namazovun “Diskret qeyri-xətti dinamik sistemlərə daxil olan parametrlərin təyini üçün proqram təminatinin işlənməsi və tətbiqləri” mövzusunda 1214.01- Dinamik sistemlər və optimal idarəetmə ixtisasında riyaziyyat üzrə fəlsəfə doktoru dissertasiya işinin müdafiəsi keçirildi.

Rəsmi opponentlər:

  • e.d., dos. Şakir Yusubov
  • e.d., dos. İlqar Məmmədov
  • f-r.e.n., dos. Rəşad Məmmədov

çıxış edərək iş haqqında  müsbət rəylərini bildirdilər. Əvvəlcə sədr, AMEA-nın müxbir üzvü, professor Misir Mərdanov, sonra isə şura üzvlərindən, professor Hamlet Quliyev, professor Nizaməddin İsgəndərov, riyaziyyat üzrə elmlər doktoru Rövşən Bəndəliyev, iddiaçının elmi rəhbəri akademik Fikrət Əliyev və professor Nihan Əliyev öz müsbət fikirlərini söyləmişlər.

Sonda gizli keçirilən səsvermənin nəticəsi müsbət olmuşdur.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər