Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

AMEA Riyaziyyat və Mexanika İnstitutunda işçi qrupun üzvləri ilə görüş keçirilib


AMEA Riyaziyyat və Mexanika İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü professor Misir Mərdanov, akademik İbrahim İbrahimovun 110 illiyinə həsr edilmiş konfransın təşkil olunması üçün yaradılmış işçi qrupunun üzvlərini qəbul edib. Professor Misir Mərdanov konfransın yüksək səviyyədə təşkil olunduğu üçün işçi qrupun üzvlərinə öz minnətdrlığını bildirərək onlara təşəkkürnamələr təqdim edib.

Alim institutun professor heyətini və bütün əməkdaşlarını qarşıdan gələn  Qurban Bayramı münasibəti ilə təbrik edib, hər birinə uğurlar arzulayıb.

Sonda institutun əməkdaşları ilə xatirə şəkli çəkilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər