Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Riyaziyyat və Mexanika İnstitutunun gənc alimləri yay düşərgələrində təlimdə iştirak edib


İnstitutunun gənc alimləri Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi və AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurasının təşkilatçılığı ilə keçirilən  düşərgələrdə iştirak edib.

Avqustun 8-də Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi və AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurasının təşkilatçılığı ilə Mingəçevir şəhəri Kür Olimpiya İdman Tədris Mərkəzində ölkə üzrə gənc alim və mütəxəssislərin, müxtəlif ali təhsil müəssisələrin tələbələrinin iştirakı ilə gənclərin innovasiya düşərgəsi öz işinə başlamışdır.

Düşərgədə Riyaziyyat və Mexanika İnstitutunun Gənc Alim və Mütəxəsisslər Şurasının (GAMŞ) üzvləri Pərviz Müseyibli, Vəfa Məmmədova, Gülqayıt Dadaşova və “Riyazi analiz” şöbəsinin böyük elmi işçisi dosent Lalə Əliyeva iştirak etmişdirlər.

Riyaziyyat və Mexanika İnstitutunun Gənc Alim və Mütəxəsisslər Şurasının sədri Pərviz Müseyibli “Gənclərin innovasiya yay düşərgəsinin” rəhbəri kimi fəaliyyət göstərmişdir. Dosent Lalə Əliyeva təlimlərin və gənclərin asudə vaxtının səmərəli təşkil olunması üçün intelektual-əyləncəli oyunların hazırlanmasında fəal iştirak etmişdir. Düşərgənin fəaliyyətinin səmərəli təşkil olunmasında Vəfa Məmmədova və Gülqayıt Dadaşova  aktiv rol oynamışlar.

Düşərgənin proqramına əsasən ilk gün rəsmi açılış mərasimi baş tutub. Daha sonra “Fövqəladə hallarda davranış qaydaları”, “İlk tibbi yardım” mövzusunda əyani-praktik təlimlər keçirilib, gənclərin asudə vaxtlarının səmərəli təşkili üçün intelektual-əyləncəli oyunlar, idman yarışları və müsabiqələr təşkil olunub.

8-13 avqust tarixlərində “Kür” Olimpiya Tədris-İdman Mərkəzində təşkil olunan düşərgənin proqramına əsasən AMEA-nın elmi müəssisə və təşkilatlarında çalışan gənc alim və mütəxəssislər, eləcə də müxtəlif universitetlərdə təhsil alan tələbələr üçün “Smart şəhər: Dörd əsas texnologiya”, “Elm və təhsildə innovativ texnologiyalar”, “Mexatronika və machine learning”, “Simulyasiya proqramları”, “Müxtəlif sahələrdə innovativ texnologiyaların tətbiqi”, “Robototexnika”, “Alternativ enerji mənbələri”, “Süni intellekt”, “Hədəflərimizə doğru addımlayaq”, “Mənim uğur hekayəm” adlı təlimlər keçirilib. Həmçinin  “Brain ring” intellektual-əyləncəli oyunu, elmi müzakirələr, üzgüçülük, stolüstü tenis, voleybol yarışları və bədii yaradıcılıq müsabiqələri təşkil edilib.Qeyd edək ki, təlimlər “Bureau of Archtitects and Deigners” rəhbəri, Yüksək Texnologiyalar Parkının, onun rezidenti olan “Troniq” MMC-nin, “Elm Texnologiya Parkı” MMC-nin, Gənc Alim və Mütəxəssislər Şurasının və Radiasiya Problemləri İnstitutunun mütəxəssisləri tərəfindən aparılıb.

Düşərgə müddətində 44 günlük Vətən müharibəsinin iştirakçıları olan Namiq İbrahimli, Elman Abuşov və Abdulla Abdullayevin gənclərlə görüşü baş tutub. Müharibə iştirakçıları və gənclər arasında səmimi söhbətlər aparılıb, Vətən müharibəsinin unudulmaz təəssüratları xatırlanıb.

Düşərgənin bağlanış mərasimində Gənclər və İdman Nazirliyinin Yaradıcı gənclərlə iş və asudə vaxtın təşkili sektorunun müdiri Kənan Kərimov, AMEA-nın GAMŞ-ın sədri, kimya üzrə fəlsəfə doktoru Elmir Babayev və Mingəçevir şəhər Gənclər və İdman İdarəsinin müdiri Kamal Nəcəfli iştirak ediblər.

Daha sonra düşərgə müddətində keçirilmiş müxtəlif intellektual-əyləncəli oyunlar və idman yarışları üzrə qaliblərə sertifikat və hədiyələr təqdim edilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər