Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Elmi seminarın növbəti iclası keçirildi


AMEA Riyaziyyat və Mexanika İnstitutunun ED 1.04 dissertasiya şurasının nəzdindəki elmlər və fəlsəfə doktoru dissertasiyalarının müzakirəsi üzrə Elmi seminarın 12 sentyabr 2022-ci il tarixli, saat 10:30 iclasında  Manaf Cabar oğlu Manafovun “Ümumiləşmiş potensiallı diferensial operatorların  və onların bəzi fərq analoqlarının spektral analizi” mövzusunda  1202.01-Analiz və funksional analiz ixtisasında riyaziyyat üzrə elmlər doktoru dissertasiya işinin müzakirəsi keçirilmişdir.

İclası AMEA-nın müxbir üzvü, professor  Bilal Bilalov açaraq sözü dosent Manaf Manafova vermişdir. Dos. M. Manafov dissertasiyanın məzmunu haqqında məlumat verdikdən sonra r.e.d., professor N.Aslanovanın, r.e.d, professor İ.M.Nəbiyevin, r.e.d., professor T. Qasımovun iş haqqında verdikləri müsbət rəyləri dinlənilmişdir.

Çıxış üçün söz alan AMEA-nın müxbir üzvü, professor Misir Mərdanov, f.r.e.d., professor Hidayət Hüseynov iş və müəllif haqqında öz müsbət fikirlərini bildirərək iddiaçıya uğurlar arzulamışlar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər